ELM VƏ TƏHSİL
UNEC-də distant təlimlər davam edir
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən “Distant təhsildə tədrisin təşkili və metodik təminatı” mövzusunda təlimlər davam edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, Corc Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəsi olan Anadolu Universitetinin professorları tərəfindən keçirilir. Təlimçilərin təqdimatları iştirakçıların e-mail ünvanlarına dörd dildə (Azərbaycan, rus, ingilis, türk) göndərilir.
Təlimlər ödənişsizdir və UNEC ilə yanaşı, digər ali təhsil müəssisələrinin müəllimləri də qeydiyyatdan keçərək iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:16]
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
- 24.04.2024 [15:54]
Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub
- 24.04.2024 [15:48]
Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb
- 24.04.2024 [15:09]
MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir
- 24.04.2024 [14:59]
AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb
- 24.04.2024 [14:24]
On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
- 24.04.2024 [14:15]