ELM VƏ TƏHSİL


UNEC-də elan olunmuş ilk qrant müsabiqəsinə təqdim edilmiş layihələr qiymətləndirilib

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elan olunmuş qrant müsabiqəsinə təqdim edilmiş layihələrin müstəqil komissiya tərəfindən qiymətləndirilməsi başa çatıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Universitet-dövlət-sənaye əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?”, “Məsaməli metal oksid nanokompozitlərinin hazırlanması və fiziki-kimyəvi xassələrinin tətbiqi”, “İşğaldan azad edilmiş ərazilərdə regionun innovativ inkişafını dəstəkləyəcək müasir universitet modelinin - Qarabağ Universitetinin yaradılması”, Qlobal datalar əsasında Azərbaycanın sosial-iqtisadi inkişafına ölkənin imici və reputasiyasının təsirinin tədqiqi və qiymətləndirilməsi”, “Zəngəzur dəhlizi çərçivəsində nəqliyyat infrastrukturuna investisiyanın iqtisadi təsirləri”, “Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf istiqaməti kimi rəqəmsal təhsil məhsullarının (resurslarının) reallaşdırılması” mövzusunda layihələr qalib elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.