ELM VƏ TƏHSİL


UNEC-də elmi seminarlar davam edir

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan və Ermənistanın iqtisadi inkişaf göstəricilərinin müqayisəli təhlilinə həsr olunan elmi seminarlara start verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindən 5 gün davam edəcək seminarlarda iki ölkənin makroiqtisadi, enerji, nəqliyyat, səhiyyə, elm, təhsil, İKT, kənd təsərrüfatı, turizm və digər sektorları, eləcə də Azərbaycan və Ermənistan iqtisadiyyatının beynəlxalq reytinqlərdəki mövqeyi müzakirə olunacaq və müqayisənin nəticələri ictimaiyyətə təqdim edilir.

Xatırladaq ki, seminarın ilk günü oktyabrın 16-da İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, Əməkdar elm xadimi, professor Yadulla Həsənli iki ölkənin makroiqtisadi, enerji və nəqliyyat sektorlarının iqtisadi göstəricilərini müqayisəli təhlil edib. Qeyd olunub ki, Azərbaycan ÜDM (4 dəfə), beynəlxalq ehtiyatlar (20 dəfə), enerji təchizatı (4,6 dəfə), nəqliyyatda yükdaşıma (20 dəfədən çox) sektorları üzrə inkişaf göstəricilərinə görə Ermənistandan dəfələrlə üstündür. UNEC-də aparılmış təhlillərin nəticəsinə əsasən, Azərbaycan iqtisadiyyatının güclü, Ermənistanın isə zəif olduğu bir daha sübut olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.