ELM VƏ TƏHSİL


UNEC-də elmi tədqiqatların prioritetləri müzakirə edilib

Bakı, 18 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti (EFTİED) tərəfindən universitetin tədqiqat mərkəzlərinin rəhbərləri ilə seminar-müşavirə keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə EFTİED-in direktoru, professor Zahid Məmmədov müasir dövrdə universitetlərin gücünün ali təhsil müəssisəsində aparılan elmi tədqiqat işlərinin sayına görə ölçüldüyünü bildirib. Professor UNEC-də bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını, EFTİED-in tərkibində tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin fəaliyyət göstərdiyini deyib. Qeyd olunub ki, şöbə elmi tədqiqat fəaliyyətini müasir səviyyədə vahid mərkəzdən əlaqələndirmək və istiqamətləndirmək, tədqiqatların prioritet istiqamətlər üzrə aparılmasını təmin etmək, araşdırmaların nəticələrini təhlil etmək və qiymətləndirmək kimi mühüm vəzifələri həyata keçirir.

Müşavirə-seminarda tədqiqat universitetinə keçid şəraitində UNEC-də tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkədə gedən proseslərə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, tədqiqatların nəticələrinin təbliğinə dair məsələlər müzakirə olunub.

Tədbirdə professorlar Rövnəq Rzayev, Fikrət Yusifov, İrşad Kərimov, dosentlər Mənsur Bərxudarov, Sərvinaz Xanlarzadə bir sıra təkliflər irəli sürüblər. Qeyd olunub ki, yaxın günlərdə mərkəz rəhbərlərinin elmi fəaliyyətə dair hesabatları dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.