ELM VƏ TƏHSİL


UNEC-də elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi yolları müzakirə edilib

Bakı, 8 yanvar, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün kafedra müdirlərinin iştirakı ilə elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və elmi pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi yolları müzakirə edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, müzakirələr zamanı dissertasiya işlərinin həcminə deyil, aktuallığına və əldə olunan nəticəyə önəm verilməsi, müdafiə ilə bağlı sənədlərin sayının minimuma endirilməsi təklif edilib. Həmçinin dissertasiya işlərinin müdafiəsinin mümkün qədər elektronlaşdırılması diqqətə çatdırılıb. Dünya təcrübəsinə əsaslanaraq, elmlər doktoru (PhD) dərəcəsi olan şəxslərə professor adının verilməsi məsələsinə baxılaraq bunun məqsədəuyğun olduğu bildirilib.

Ali Attestasiya Komissiyasının ekspert şuralarının ləğv edilməsi, sənədləşmə və bütün proseslərə nəzarət funksiyasının bu quruma verilməsi, ixtisasların pasportlaşmasının aparılması, elmlərin təsnifatına, aparıcı təşkilatlar və opponentlərin zəruriliyi məsələsinə yenidən baxılması təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.