ELM VƏ TƏHSİL


UNEC-də innovativ tədrisin növbəti mərhələsi – müasir kitabxana sistemi

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müasir standartlara cavab verən yeni kitabxana sisteminin fəaliyyətini təmin etmək məqsədilə universitetin nümayəndə heyəti Türkiyənin Sakarya Universitetinə ezam olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti bir həftə ərzində Sakarya Universitetinin zəngin və innovativ kitabxana sistemi, inklüziv təhsildə kitabxana xidmətinin fəaliyyəti və tələbələrin resurslardan səmərəli istifadəsi üçün yaradılan imkanlarla tanış olacaqlar.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə kitabxanalar üçün yeni çağırışlar, ideyalar və tələblər müzakirə ediləcək, innovasiya və kreativ düşüncənin kitabxana sisteminə tətbiqi, yeni iş formalarından istifadə metodları araşdırılacaq. İnnovasiyaların müasir kitabxana və kitabxanaçıların qarşısında qoyduğu mühüm vəzifələr müəyyənləşdiriləcək. Eyni zamanda, hər iki universitetin kitabxanaları arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunacaq, birgə layihələr hazırlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.