ELM VƏ TƏHSİL


UNEC-də karyera günü: Vergi orqanlarına işə qəbul

Bakı, 23 fevral, AZƏRTAC 

Vergilər Nazirliyinin insan resursları departamenti və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə beynəlxalq magistratura və doktorantura mərkəzində təhsil alan magistrlər üçün karyera günü keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə nazirliyin insan resursları departamentinin təhsil və inkişaf şöbəsinin rəhbəri İlkin Rəhimov və vergiödəyicilərinə xidmət departamentinin xidmətlərin təşkili şöbəsinin rəhbəri Məmməd Quliyev vergi orqanlarına işə qəbul prosesi barədə ətraflı məlumat veriblər. Həmçinin bu istiqamətdə karyera qurmaq üçün lazımi bilik və bacarıqlar, imtahanların təşkili qaydaları, özünütəkmilləşdirmə yolları, sistemli çalışma metodları barədə təcrübələrini paylaşıblar.

Görüş iştirakçıları vergi qanunvericiliyi, təyinatlar, ehtiyat kadrlarla iş və digər maraq doğuran məsələlər barədə məlumatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.