ELM VƏ TƏHSİL


UNEC-də keçirilən beynəlxalq konfrans çərçivəsində təlimlər davam edir

Bakı,13 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təlimlər davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, inklüziv ali təhsilin bütün istiqamətləri üzrə təşkil olunan təlimlər xarici və yerli mütəxəssislər tərəfindən aparılır. UAE Zayed Sosial Müdafiə Milli təşkilatının tədris sektorunun baş təlimçiləri Şaron Keqan və Tina Merk inklüziv təhsil və əlilliyi olan tələbələrin məşğulluğu ilə bağlı məlumat veriblər. Digər təlimlər isə əlilliyi olan şəxslərə cəmiyyətin münasibəti, inklüziv kitabxana, müəllim və tələbələrin kitabxanadan səmərəli istifadə qaydaları mövzuları üzrə təşkil edilib.

UNEC-in akademik heyətinin qatıldığı təlimlərdə inklüziv ali təhsildə beynəlxalq trendlər və çağırışlar müzakirə olunub.

Konfrans işini fevralın 14-də davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.