ELM VƏ TƏHSİL
UNEC-də keyfiyyəti idarəetmə sistemi üzrə icra sənədlərinin auditi aparılacaq
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türk Standartları İnstitutunun auditorları tərəfindən keyfiyyəti idarəetmə sisteminin (KİS) növbəti auditi keçiriləcək.
Bu məqsədlə UNEC-in müvafiq struktur bölmə rəhbərləri və nümayəndələrinin, eləcə də Türk Standartları İnstitutunun auditorlarının iştirakı ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev audit prosesi barədə iştirakçılara məlumat verib. Bildirib ki, UNEC-də ISO standartlarına uyğun olaraq, keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, eyni zamanda, bütün struktur bölmələri, mərkəz, fakültə və kafedralar üzrə icra sənədlərinin auditi aparılacaq. Auditi UNEC-in KİS üzrə auditorlarından və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu həyata keçirəcək. A.Rzayev əməkdaşları audit prosesində fəal olmağa dəvət edib.
Qeyd edək ki, UNEC Azərbaycanda ISO 9001:2008 KİS üzrə beynəlxalq sertifikata layiq görülən ilk dövlət universitetidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]