ELM VƏ TƏHSİL


UNEC-də konfrans: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin sosial-iqtisadi inkişaf perspektivləri

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsində Tələbə Elmi Cəmiyyətinin “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin sosial-iqtisadi inkişaf perspektivləri” mövzusunda konfransı keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-cı ildönümünə həsr edilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, konfransda fakültə dekanı dosent Mirağa Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən söz açıb. Ulu Öndərin rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin sürətlə inkişaf etdiyini, xalqın rifahının yüksəldiyini vurğulayıb.

Sonra Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri, professor Arif Şəkərəliyev “İşğaldan azad edilmiş ərazilərdə ticarətin və logistikanın inkişaf prioritetləri” mövzusunda çıxış edib. O, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetlər” konsepsiyasında işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafının əsas məsələ kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.

Menecment kafedrasının müdiri professor Kamil Şahbazov işğaldan azad edilmiş ərazilərdə idarəetmənin inkişaf istiqamətlərindən, eləcə də həmin ərazilərdə idarəetmə strukturlarının bərpası və inkişafı istiqamətində aparılan işlərdən danışıb.

Biznesin idarə edilməsi kafedrasının müdiri Məhəmməd Əliyev isə işğaldan azad edilmiş ərazilərdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətləri mövzusuna toxunub.

Konfrans İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyevin işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı fikir və mülahizələri ilə davam edib.

Fakültənin TEC rəhbəri dosent Pikəxanım Xudiyeva dahi şəxsiyyət Heydər Əliyevin təhsilə, elmə verdiyi dəyərdən danışıb.

Konfrans işini bölmələr üzrə davam etdirib. Konfransda çıxış etmiş tələbələrə sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.