ELM VƏ TƏHSİL


UNEC-də magistratura təhsili üzrə yeni inkişaf strategiyaları hazırlanır

Bakı, 13 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura təhsili üzrə rəqabətqabiliyyətliliyin daha da yüksəldilməsi məqsədilə UNEC Biznes Məktəbi (MBA), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Magistratura Mərkəzinin direktorları ilə görüşlər keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradovun rəhbərliyi ilə keçirilən görüşlərdə fakültə rəhbərləri magistratura pilləsində tədrisin təşkili, yeni ixtisasların yaradılması, eləcə də ixtisasların akkreditasiyası, ikili diplomların sayının artırılması, elmi tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi, laboratoriyaların yaradılması, xarici professorların tədrisə cəlb edilməsi, magistrantların payının universitetdə artırılması istiqamətində təkliflərlə çıxış ediblər. Çıxışlarda magistratura təhsilinin MBA proqramı, iqtisadiyyat və idarəetmə ixtisasları, texniki və texnoloji ixtisasları üzrə gələcək inkişaf strategiyaları açıqlanıb, bu istiqamətdə həyata keçiriləcək tədbirlər planı barədə ətraflı məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.