ELM VƏ TƏHSİL


UNEC-də müzakirələr: Ermənistan işğalının Azərbaycana vurduğu zərər, metodologiya və ilkin qiymətləndirmə

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ermənistan işğalının ölkəmizə vurduğu zərərə və ilkin qiymətləndirməyə dair müzakirələrə start verilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, noyabrın 16-da keçiriləcək ilk müzakirə “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunacaq. UNEC-in rektoru professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə Milli Məclisin deputatı Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC-in nəzdindəki İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər. Müzakirələr saat 11:00-da UNEC-in rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.

İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.