ELM VƏ TƏHSİL
UNEC-də nəşr olunan elmi jurnalların mövcud vəziyyəti müzakirə olunub
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəşr olunan elmi jurnalların mövcud vəziyyətini müzakirə etmək məqsədilə rektor professor Ədalət Muradov müvafiq struktur rəhbərləri ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor universitetin strateji hədəflərindən söz açıb. Bildirib ki, 2030-cu ilədək “Web of Science” və “Scopus” bazalarında UNEC-in 3 elmi jurnalının indekslənməsi əsas hədəflər sırasındadır. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonra elm üzrə prorektor professor Sakit Yaqubov UNEC-də nəşr olunan jurnalların mövcud vəziyyəti barədə təqdimatla çıxış edib, hədəflər, problemlər və görülən işlər haqqında məlumat verib.
Təqdimatdan sonra təkliflər səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]