ELM VƏ TƏHSİL


UNEC-də növbəti “açıq qapı”da 40-dək müraciət cavablandırılıb

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yay imtahan sessiyası ilə bağlı keçirilən növbəti “açıq qapı” da 40-a yaxın müraciət cavablandırılıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, UNEC-də son illər bir çox mühüm yeniliklər tətbiq olunub və bütün bunlar keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.

Milli Məclisin deputatı Vüsal Hüseynov “açıq qapı” günlərinin keçirilməsini universitetdəki şəffaflığın bariz göstəricisi kimi dəyərləndirib.

“Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.