ELM VƏ TƏHSİL


UNEC-də növbəti yubiley seminarı: Davamlı inkişaf və davamlı istehlak

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun 10 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun elmi katibi Rafail Rzayevin “Davamlı inkişaf və davamlı istehlak” mövzusunda məruzəsi dinlənilib. Məruzədə davamlı inkişaf, onun ekoloji aspektlərindən bəhs olunub. Davamlı istehlakın mahiyyəti, fərdi istehlakın nəticələrinin ətraf mühitə təsiri, problemin həlli üçün görülən tədbirlər, eləcə də inkişaf etmiş ölkələrin bu istiqamətdə təcrübəsi haqda ətraflı məlumat verilib. Habelə Azərbaycanda davamlı istehlakın təmin edilməsi üçün təkliflər səsləndirilib. Daha sonra suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.