ELM VƏ TƏHSİL


UNEC-də professor Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq seminar keçiriləcək

UNEC-də professor Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq seminar keçiriləcək

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) martın 28-də dünyaşöhrətli alim, professor Lütfi Zadənin elmi irsinə həsr olunan beynəlxalq elmi seminar keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Şahnaz Şahbazova, Polşa Elmlər Akademiyasının Sistemlərin Tədqiqatı İnstitutunun professoru Yanuş Kacprjik, Meksikanın Tijuana Texnologiyalar İnstitutunun professoru Oskar Kastilyo, Rusiya Elmlər Akademiyasının professoru Vadim Stefanyuk, Rumıniyanın Aurel Vlaicu Universitetinin professorları Valentina Emilia Balas və Marius Balas mövzu ətrafında təqdimatla çıxış edəcəklər.

Məruzəçilər “Lütfi Zadənin elmi irsi: riyaziyyatın inkişafı, sistemlər nəzəriyyəsi, qərar qəbuletmə, nəzarət”, “Sözlərlə hesablamalar Lütfi Zadənin irslərindən biri kimi: zəngin tarix və parlaq gələcək”, “Qeyri-səlis Tip-3 Sistemi, Tip-1, Tip-2-nin təbii təkamülü kimi”, “Keyfiyyət informasiyasının istifadəsi ilə qarşılıqlı əlaqə”, “Lütfi Zadə və onun rumıniyalı dostları”, “Yol hərəkətinə nəzarətdə məkan və zaman” adlı məruzələrini seminar iştirakçılarına təqdim edəcəklər.

Tədbirə zoom.us/j/95406097852 (214436) linkinə keçməklə qoşulmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.