ELM VƏ TƏHSİL


UNEC-də psixoloji dəstək təlimləri təşkil edilir

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə ölkənin tanınmış psixoloqları ilə silsilə görüşlər keçirilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Zorakı olmayan ünsiyyət”, “Stresi yaradan səbəblər və onların tələbələrin həyatına təsiri”, “Gənclərin gələcək karyera hədəflərinin təşkili, planlaşdırılması üsulları” mövzularını əhatə edən görüşlərin məqsədi tələbələrin tez-tez qarşılaşdıqları psixoloji narahatlıqlar, imtahan öncəsi stres, depressiya, diqqət dağınıqlılığı və digər neqativ psixoloji vəziyyətlərlə mübarizə aparmağa dəstək olmaq, həmçinin təhsil və karyera istiqamətində psixoloji vəziyyətlə bağlı maarifləndirmə işləri aparmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.