ELM VƏ TƏHSİL


UNEC-də qış imtahan sessiyasının növbəti “Açıq qapı” günü keçirilib

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) yanvarın 29-da qış imtahan sessiyasının növbəti “Açıq qapı” günü keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı”ya edilən müraciətlərin böyük əksəriyyəti təhsil formasının əyanidən qiyabiyə dəyişdirilməsi, işə qəbul, təhsil haqqı borcuna görə möhlət hüququnun verilməsi, imtahan nəticəsinə bal əlavə edilərək artırılması, eləcə də ingilis dili müəllimləri üçün sertifikasiya layihəsinin müzakirəsi barədə olub.

UNEC-in rektoru, professor Ədalət Muradov müraciətlərin araşdırılması və qaydalara uyğun həll edilməsi üçün müvafiq struktur rəhbərlərinə tapşırıq verib. Həmçinin UNEC-in SABAH müəlliminin tədrisin keyfiyyətinin artırılması, tələbələrin karyera yönümlü bacarıqlarının təkmilləşdirilməsi, ingilis dili müəllimlərinin sertifikasiyası və digər layihələrlə bağlı təkliflərini dinləyib.

Xatırladaq ki, UNEC-də imtahan sessiyası yanvarın 5-dən fevralın 2-dək davam edir. İmtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun və UNEC-in İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə “Açıq qapı” günləri təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.