ELM VƏ TƏHSİL


UNEC-də qiymətli kağızlar bazarına dair sertifikat proqramları təşkil olunacaq

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə bazarlarının inkişafına həsr olunan tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin əhəmiyyətindən söz açıb. Bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 16 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Sonra kafedranın professoru Elnur Sadıqov “Azərbaycanda maliyyə bazarlarının inkişafı” mövzusunda çıxış edib. O, qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi məqsədilə UNEC-də silsilə tədbirlərin keçirildiyini bildirib.

Tədbirdə çıxış edən Mərkəzi Bankın və “TuranBank”ın

nümayəndələri maliyyə bazarlarının inkişafına təsir edən amilləri açıqlayıblar.

Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, qiymətli kağızlar bazarı barədə məlumatlılığın artırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə UNEC-də təlimlər və sertifikat proqramları təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.