ELM VƏ TƏHSİL


UNEC-də respublika elmi konfransı keçiriləcək

Bakı, 10 oktyabr, AZƏRTAC

Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın iqtisadi inkişaf strategiyasi” mövzusunda respublika elmi konfransı keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin başlıca məqsəd və hədəfləri baxımından Azərbaycanın iqtisadi inkişaf strategiyasının prioritetləri”, “Azərbaycanda bilik iqtisadiyyatı və informasiya cəmiyyətinin formalaşması və inkişafının əsas istiqamətləri”, “Postneft mərhələsində Azərbaycanda iqtisadi inkişafın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətləri”, “Azərbaycanda regional və aqrar inkişafın imkan və perspektivləri” və s. mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.