ELM VƏ TƏHSİL


UNEC-də sahibkarlara e-mühasibatlığın tətbiqi barədə təlim təşkil olunub

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühasibat uçotu və audit kafedrasının təşkilatçılığı ilə biznes subyektlərinin texnologiya savadlılığının artırılması üzrə “KOS subyektlərində elektron mühasibatlıq imkanları” adlı təlim təşkil olunub.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, təlimdə dosentlər Ənvər Salahov və Nəzakət Musayeva “KOS subyektlərində pul vəsaitlərinin və əməyin ödənişi uçotunun təşkilində elektron vasitələrdən istifadə imkanları” və “KOS subyektlərində mal-material ehtiyatları uçotunun sənədləşdirilməsində elektron vasitələrdən istifadə imkanları” mövzularında çıxış ediblər.

Təlimdə Mühasibat uçotu və audit kafedrasının müdiri, professor Sifariz Səbzəliyev, kafedranın müəllimləri, mühasiblər, doktorant və dissertantlarla yanaşı, bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.

İştirakçıların sualları təlimçilər tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.