ELM VƏ TƏHSİL


UNEC-də sahibkarlıq və innovasiya sahəsində təlimlərə start verilib

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistr və doktorantlar üçün “İnnovasiya və sahibkarlıq” və “Müdafiə sənayesi, innovasiya və sahibkarlıq” mövzularında təlimlərə start verilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə Kiçik və orta biznesin inkişafı UNEC Tədqiqat Mərkəzinin təşkil etdiyi təlimlər Türkiyədə innovasiya və sahibkarlıq istiqamətində fəaliyyət göstərən “Binovative A.Ş.” şirkətinin korporativ sosial məsuliyyət layihəsi çərçivəsində reallaşacaq.

Təlimlərin məqsədi magistr və doktorantların tədqiqat potensialının inkişaf etdirilməsi, əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılması üçün onlara yeni və innovativ bilik və bacarıqların qazandırılmasıdır.

Türkiyənin 4 universitetinin iştirakı ilə təşkil olunan təlimlər 14 müxtəlif mövzuda keçirilir. Ödənişsiz təşkil olunan təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək. Təlimlər iyulun 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.