ELM VƏ TƏHSİL


UNEC-də təbiət və texnoloji elmlərə həsr olunan beynəlxalq konfranslar keçiriləcək

Bakı, 13 may, AZƏRTAC

Oktyabrın 25-28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 3 fərqli beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Konfranslar “VI Türk dünyası kimya elmləri və texnologiyaları”, “V Humik turşular” və “IV Təbiət elmləri və mühəndislikdə ixtiralar” mövzularına həsr olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransların məqsədi iqtisadi artımın dayanıqlı inkişafını təmin etmək üçün yüksək texnologiyalara əsaslanan əsas elm tutumlu sahələrin inkişaf etdirilməsindən, yeni yaradılan yerli məhsulların rəqabətqabiliyyətliyinin və keyfiyyət göstəricilərinin artırılmasından ibarətdir. İnnovasiyayönümlü texnologiyaların sənayenin müxtəlif sahələrinə tətbiqini stimullaşdırmaq üçün bu sahədə fəaliyyət göstərən mütəxəssisləri və onların elmi-tədqiqat institutlarını, uğurlu fəaliyyət göstərən müəssisələri, eləcə də dünyanın aparıcı firmaları və şirkətləri arasında əlaqələrin yaradılması əsas məsələlərdən biri hesab edilir.

Konfrans materiallarının qəbulu sentyabrın 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.