ELM VƏ TƏHSİL


UNEC-də tədbir: Müstəqillik dövründə tekstil və yüngül sənayedə dizayn sahəsinin inkişafı

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycanın müstəqillik dövründə tekstil və yüngül sənayedə dizayn sahəsinin inkişafı” mövzusunda tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova dizayn sahəsinin ölkəmizdəki inkişaf yolundan söhbət açıb.

Kafedranın baş müəllimi Şəhla Abdullayeva yüngül sənayenin inkişafının sürətləndirilməsi, məhsuldarlığın artırılması və xammal bazasının genişləndirilməsində dizaynın rolundan, müasir texnologiyaya əsaslanan investisiya layihələrinin həyata keçirilməsinin stimullaşdırılmasdan bəhs edib.

Sonra kafedranın müəllimi Nisəxanım Hüseynova müasir dövrdə vizual kommunikasiya, məhsul və ətraf mühitdə dizaynın istiqamətləri barədə məlumat verib.

Qonaq qismində dəvət olunan “Gilan” Tekstil Parkın dizayneri, UNEC məzunu Pərvin Namazova Azərbaycanda tekstil sahəsinin inkişafının sürətlənməsində bir çox şirkətlərin əhəmiyyətli rolu haqqında danışıb.

Tədbir mövzuya dair müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.