ELM VƏ TƏHSİL


UNEC-də təlim: Beynəlxalq xülasələmə və indeksləmə sistemləri

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin Elmmetrika şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq xülasələmə və indeksləmə sistemləri (bazaları)” mövzusunda təlim keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, departamentin direktoru, professor Zahid Məmmədov tədqiqat universitetinə keçid istiqamətində aparılan islahatlardan danışıb. Təlimin bu istiqamətdə görülən işlərin tərkib hissəsi olduğunu qeyd edib.

Təlimdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina jurnal, müəllif və məqalələrin elmmetrik göstəriciləri haqqında məlumat verib. “Web of Science” platformasına daxil olmaq üçün məqalələr qarşısında qoyulan tələbləri, elmi məqalələrin təqdimetmə qaydalarını, seçim meyarlarını, yırtıcı jurnallardan qorunmaq yollarını, elmi məhsuldarlıqla bağlı digər müəllif indentifaktorlarını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.