ELM VƏ TƏHSİL


UNEC-də təlim: “Scopus” indeksli jurnallarda elmi məqalələrin çap edilməsi

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsində “Scopus” indeksli jurnallarda elmi məqalələrin çap edilməsi” mövzusunda təlim keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Mühəndislik fakültəsinin dekan vəzifəsini icra edən dosent Elçin Səmədov İqtisad Universitetinin beynəlxalq reytinqdə mövqeyinin yaxşılaşdırılması məqsədilə rəhbərlik tərəfindən tədbirlər planının təsdiqləndiyini diqqətə çatdırıb. Bildirib ki, tədbirlər planının icrasını təmin etmək məqsədilə professor-müəllim heyətinə “Scopus” elmi bazasında indeksləşən jurnallarda məqalələrin çap edilməsi qaydaları ilə bağlı təlimlər təşkil olunacaq.

Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov UNEC-in texniki və texnoloji ixtisaslar üzrə elmi jurnalının yaradılması və gələcəkdə həmin jurnalın “Scopus” bazasında indeksləşməsinin qarşıya qoyulan vacib məsələlərdən biri olduğunu vurğulayıb.

Sonra təlimçi, Mühəndislik və tətbiqi elmlər kafedrasının professoru Məhəmmədəli Nuriyev elmi tədqiqat işlərinin nəticələrinin tərtibatı, elmi məqalələrin strukturu, məqalədə istifadə olunan materiallar və metodlar, tədqiqatın nəticələri, onların müzakirəsi və s. haqqında iştirakçıları məlumatlandırıb.

Təqdimatdan sonra iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.