ELM VƏ TƏHSİL


UNEC-də təlimlər: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə onlayn təlimlərə start verilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, noyabrın 26-dan dekabrın 4-dək keçiriləcək təlimləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri Şahlar Məmmədov, Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Səfurə Çərkəzqızı və digər nümayəndələr aparacaqlar.

Təlimlər UNEC-in Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.