ELM VƏ TƏHSİL


UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər aparılır

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.

AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara “qırmızı” (fərqlənmə) diplom verilirdi. Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də “qırmızı” diplom digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələblərdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq, hələ də “qırmızı” diplom verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.