ELM VƏ TƏHSİL


UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər davam edir

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.

AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində təhsil proqramlarının məzmunu, o cümlədən təhsil standartları, təhsil proqramları və hətta fənn proqramları bəlli səbəblərdən universitetlər tərəfindən deyil, mərkəzləşdirilmiş qaydada müəyyən edilir və təsdiqlənirdi. Ona görə də universitetlər arasında keyfiyyətli təhsil uğrunda rəqabət mümkünsüz idi. Sovet yanaşmasını zəruri edən səbəblər aradan qaldırılsa da, bu sistem bu gün də tətbiq edilməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.