ELM VƏ TƏHSİL
UNEC-də universitetlərin idarə olunması ilə bağlı təhlillər davam edir
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetlərin idarə olunmasında, eləcə də elmi fəaliyyətin və tədrisin təşkilində mövcud sovet mirası və onun ləğvi ilə bağlı aparılan təhlillər davam edir.
AZƏRTAC xəbər verir ki, UNEC-in rektoru professor Ədalət Muradov elmi təhlillərin nəticələri barədə rəsmi feysbuk səhifəsində fikirlərini bölüşüb. Rektorun fikrincə, sovet dönəmində tədris prosesinin təşkili zamanı bəlli səbəblərdən tələbələrin auditoriyadaxili dərslərinin sayı olduqca çox olurdu. Belə qəbul olunurdu ki, auditoriya sanki bir “emalatxanadır” və müəllim həmin “emalatxanada” tələb olunan keyfiyyətlərə cavab verən istənilən mütəxəssisi hazırlaya bilir. Bu yanaşma bu gün də ciddi dəyişikliyə məruz qalmayıb.