ELM VƏ TƏHSİL


UNEC-də vacib fənlərin tədrisi ilə bağlı müzakirələr aparılıb

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022-ci ilin “İnformasiya Texnologıyaları ili” elan edilməsi ilə əlaqədar silsilə tədbirlər davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “IKT LAB” Tətbiq və Tədris Mərkəzinin sektor müdiri Ayaz Kərimov və mərkəzin təlimçisi Cavid Əliyev tələbələrə proqramlaşdırma ixtisasının üstünlükləri və karyera imkanları, eləcə də peşəkar proqramçı olmağın əsas meyarları barədə məlumat veriblər. Proqramlaşdırmanı daha yaxşı mənimsəmək üçün nəzəriyyə ilə yanaşı, proqramlaşdırma məntiqini inkişaf etdirməyin və alqoritm tərtib etmək bacarığının təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Şirkət nümayəndələri ilə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov arasında tədris planlarında seçmə fənlərin müəyyənləşdirilməsi və vacib fənlərin tədrisi ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.