ELM VƏ TƏHSİL


UNEC-də xarici dilin distant tədrisində beynəlxalq təcrübə

Bakı, 17 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici dillər kafedrasının ingilis dili müəllimləri üçün onlayn təlimlərə start verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, ABŞ Dövlət Departamentinin “Fellowship” proqramının qalibi, Missisipi Universitetinin məzunu Jordan Troisinin keçdiyi təlimlər xarici dilin distant tədrisinin keyfiyyətinin daha da artırılması, metodikasının təkmilləşdirilməsi, tədris zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması məqsədilə təşkil olunub.

Təlimlər 3 ay davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.