ELM VƏ TƏHSİL
UNEC-də yeni kafedra və laboratoriyalar yaradılacaq
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni kafedra və laboratoriyalar yaradılacaq.
Bu barədə Elmi şuranın növbəti iclasında qərar verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Mühəndislik fakültəsi nəzdində Mühəndislik və tətbiqi elmlər kafedrası yaradılacaq. Sənaye, material, maşın, ekologiya, elektrik və elektronika, qida mühəndisliyi ixtisasları kafedranın nəzdinə daxil ediləcək. Rəqəmsal iqtisadiyyat fakültəsinin nəzdində isə Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrası yaradılacaq. İnformasiya texnologiyaları, kompüter elmləri, informasiya təhlükəsizliyi, kommunikasiya sistemləri mühəndisliyi ixtisasları həmin kafedranın nəzdində olacaq. Mühəndislik və rəqəmsal iqtisadiyyat fakültələrinin nəzdində laboratoriyaların işinin təşkili mərkəzləri açılacaq.
UNEC-də qida kimyası və biokimya, qida texnologiyaları, qida mikrobiologiyası, ekologiya, elektrotexnika, materialşünaslıq və s. laboratoriyalarla yanaşı, 2 kompüter laboratoriyası fəaliyyət göstərəcək. Dizayn kafedrasının bazasında isə UNEC Dizayn Məktəbi yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]