ELM VƏ TƏHSİL


UNEC-də yeni tədris ilindən UDİD proqramı tətbiq olunacaq

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilindən Universitetdaxili İkili Diplom Proqramının (UDİD) tətbiqinə başlanılacaq.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, UDİD-ə qoşulan və proqramı uğurla bitirən bakalavrlar 4 il ərzində iki müxtəlif ixtisas üzrə diplomlara sahib ola biləcəklər. İki ixtisasa yiyələnmək məzunların əmək bazarının tələblərinə daha çevik uyğunlaşması ilə yanaşı, onların rəqabət qabiliyyətini də artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.