ELM VƏ TƏHSİL


UNEC dünya alimlərini bir araya gətirir

Bakı, 12 fevral, AZƏRTAC 

Fevralın 14-15-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf təşkilatı (Economic Social Development – ESD) ilə birgə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu, ESD tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskvada təşkil olunub.

Beynəlxalq tədbirdə Vergilər Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri, həmçinin İngiltərə, Almaniya və digər ölkələrin ali təhsil müəssisəsindən alimlər iştirak edəcəklər.

Tədbirdə iyirmidən çox ölkənin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq, qlobal çağırışlar təhlil ediləcək. Konfransa 240-dan çox elmi məqalə təqdim olunub. Qəbul olunan məqalələr “Web of Science” bazasında və “EconLit”də dərc ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.