ELM VƏ TƏHSİL


UNEC-ə II turdan qəbul olan magistrantların nəzərinə

Bakı, 16 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində II tur üzrə sənəd qəbulu onlayn aparılacaq.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbul olan magistrantlar https://portal.edu.az/  və UNEC-in saytında müvafiq platformada qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi avqustun 18-dən 30-dək aparılacaq. Qeyd edilən tarixlərdə qeydiyyatdan keçməyən magistrantlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.