ELM VƏ TƏHSİL
UNEC-ə mənsub elmi əsərlərin xarici müəlliflik göstəriciləri açıqlanıb

Bakı, 10 iyun, AZƏRTAC
Bu ilin may ayı üzrə Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) nümayəndələrinin 39 elmi əsəri nüfuzlu elmi nəşr platformalarında indekslənib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu elmi əsərlərin 21-i xarici ali təhsil müəssisələrinin 66 tədqiqatçısının həmmüəllifliyi ilə yazılıb.
Müəlliflərdən 17-si Rusiya Federasiyası, 13-ü Çin Xalq Respublikası, 6-sı Türkiyə Respublikası, 6-sı Nepal Federativ Demokratik Respublikası, 5-i Malayziya Federasiyası, 5-i İtaliya Respublikası, 3-ü Böyük Britaniya Krallığı, 3-ü Almaniya Federativ Respublikası, 2-si Gürcüstan Respublikası, 2-si Misir Ərəb Respublikası, 2-si Qazaxıstan Respublikası, 2-si İran İslam Respublikası, 2-si Birləşmiş Ərəb Əmirlikləri, 1-i Yunanıstan Respublikası, 1-i Cənubi Afrika, 1-i Pakistan İslam Respublikasının ali təhsil müəssisələrinin təmsilçiləridir.