ELM VƏ TƏHSİL


UNEC əməkdaşlarına dövlət mükafatları təqdim olunub

Bakı, 22 iyun, AZƏRTAC

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə bu ali təhsil müəssisəsinin “Qabaqcıl təhsil işçisi" döş nişanı və fəxri fərmanla təltif olunan əməkdaşlarına mükafatların təqdimetmə mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov UNEC-in 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı və təhsil naziri Emin Əmrullayevin əmri ilə UNEC-in bir qrup əməkdaşının yüksək dövlət mükafatlarına layiq görüldüyünü bildirib. Təltif olunan əməkdaşları təbrik edən rektor UNEC-in əldə etdiyi uğurlardan, eləcə də gələcək hədəflərindən söz açıb. UNEC-in ilk dəfə olaraq bu il beynəlxalq QS reytinqində yer almasını xüsusi vurğulayan rektor universitetin 100 illik yubileyində daha böyük uğurlara imza atılacağından əminliyini ifadə edib.

Sonra əməkdaşlara dövlət mükafatları təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.