ELM VƏ TƏHSİL


UNEC əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə, bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdim edilməsi mərasimi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə UNEC-in professor-müəllim heyətinin böyük bir qrupunu yüksək dövlət mükafatlarına layiq görülməsi münasibətilə təbrik edib. Emin Əmrullayev UNEC-in ölkəmizdə elmin, təhsilin inkişafında müstəsna xidmətlərini diqqətə çatdırıb.

Nazir sonda UNEC əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra universitetin əməkdaşlarına dövlət təltifləri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.