ELM VƏ TƏHSİL


UNEC-i bitirən tələbələrə qeyri-akademik transkript veriləcək

UNEC-i bitirən tələbələrə qeyri-akademik transkript veriləcək

Bakı, 25 yanvar, AZƏRTAC

UNEC-i bitirən tələbələrə qeyri-akademik transkript veriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov ötən ilin yekunlarına dair keçirilən tədbirdə deyib. Rektor bildirib ki, ölkəmizdəki universitetlərdə tələbənin yalnız bilikləri qiymətləndirilir, hansı bacarıqlara sahib olmaları isə nəzərə alınmır: "Lakin xarici ölkələrin aparıcı universitetlərində tələbələrin bacarıqları da qiymətləndirilir və akademik traksriplərlə yanaşı, qeyri-akademik transkript də verilir. Biz də təqribən iki ildir bunun üzərində çalışırıq. Növbəti mərhələdə biz ekspertlər və iş adamları ilə qeyri-akademik traksriptin verilməsini müzakirə edəcəyik və gələcəkdə tələbələrimizə qeyri-akademik transkript də veriləcək. Bu, onlara gələcək karyeralarında böyük imkanlar verəcək. Həmin transkriptdəki QR kodu oxutduran işəgötürən tələbəmizin hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.