ELM VƏ TƏHSİL


“UNEC-i tanı” layihəsinə start verilib

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-i tanı” layihəsinə start verilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində abituriyentlərə və onların valideynlərinə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqqı barədə məlumat veriləcək. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və karyera imkanları istiqamətində dəstək göstəriləcək.

Abituriyent və valideynlər II-V günlər saat 10-dan 16-dək şəxsiyyət vəsiqələri ilə UNEC-in əsas tədris binasına (İstiqlaliyyət, 6) yaxınlaşa bilərlər.

Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə universitetin rəsmi feysbuk (https://www.facebook.com/unecedu) səhifəsinə yazaraq, eləcə də (012) 492 60 43 nömrəsinə zəng edərək, onları maraqlandıran sualları ünvanlaya bilərlər.

Xatırladaq ki, UNEC-ə I, II, III, IV və V ixtisas qruplarında 22 ixtisas üzrə bakalavr qəbulu həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.