ELM VƏ TƏHSİL


UNEC ilə Bakı Fond Birjası arasında anlaşma memorandumu imzalanacaq

UNEC ilə Bakı Fond Birjası arasında anlaşma memorandumu imzalanacaq

Bakı, 20 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Bakı Fond Birjasının (BFB) nümayəndələri ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə UNEC ilə BFB arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Aparılan danışıqlar çərçivəsində, hər iki qurum arasında anlaşma memorandumunun imzalanması barədə qərar qəbul edilib.

Hazırda sənədin yekun versiyasının hazırlanması üzərində hər iki tərəfin mütəxəssislərindən ibarət işçi qrupu çalışır. Yaxın vaxtlarda imzalanması gözlənilən sənəd iki müəssisə arasında əməkdaşlığı daha da möhkəmləndirəcək, yeni layihələrin icrasına start verəcək.

Layihə çərçivəsində “Fond Birjası: iqtisadiyyatın barometri kimi” adlı Azərbaycan üçün yeni, konseptual yanaşma və praktik məsələlərin yer alacağı kitabın nəşri nəzərdə tutulub. Nəşrdə BFB-nin ən aktiv şirkətləri, maraqlı təcrübələr haqqında məlumatlar yer alacaq.

Əməkdaşlıq çərçivəsində UNEC və BFB-nın birgə təşkilatçılığı ilə sektor üçün əhəmiyyətli olacaq maliyyə konfransının keçirilməsi nəzərdə tutulub. Biznes nümayəndələri və tələbələr üçün təşkil ediləcək konfrans çərçivəsində BFB-nin aparıcı şirkətlərinin və digər tərəflərin iştirakı ilə maliyyə sərgisi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.