ELM VƏ TƏHSİL


UNEC ilə Beynəlxalq Vizyon Universiteti arasında müqavilə imzalanıb

Bakı,22 noyabr, AZƏRTAC

Makedoniya Beynəlxalq Vizyon Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında akademik əməkdaşlıq haqqında müqavilə imzalanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən, tərəflər müəllim, tələbə, tədqiqatçı və inzibati heyətin mübadiləsini həyata keçirəcək, o cümlədən ortaq elmi tədqiqatlar aparacaq, birgə elmi seminar və konfranslar təşkil edəcəklər.

Rektor Ədalət Muradov qonaqlara UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.

UNEC-lə tanışlıqdan məmnunluğunu bildirən Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca rəhbərlik etdiyi ali məktəbin Avropada türk dilində təhsil verən yeganə universitet olduğunu, Türkiyənin ali təhsil qurumu olan YÖK tərəfindən tanındığını bildirib. “UNEC-in zəngin təcrübəsindən yararlanmaq istəyirik”, - deyə Fadil Hoca bildirib. O, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan yüksək təəssüratla ayrıldığını qeyd edib.

Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qonaqlar UNEC-in doktorantura təhsilini yüksək qiymətləndirərək gələcəkdə bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.