ELM VƏ TƏHSİL
UNEC ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi ilə KPMG Azərbaycan şirkəti karyera günü keçirəcək.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, karyera günündə KPMG Azərbaycan şirkətinin karyera imkanları və işə qəbul qaydaları barədə məlumat veriləcək. İştirakçılar şirkətdə işə qəbul üçün test imtahanından keçəcəklər. Karyera günündə UNEC-in III, IV kurs bakalavrları və magistrləri iştirak edə bilərlər.
Tədbirdə iştirak etmək istəyənlər noyabrın 20-dək qeydiyyatdan keçməlidirlər. Seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:49]
Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”
- 25.04.2024 [18:31]