ELM VƏ TƏHSİL


UNEC-in 9 tələbə və məzunu Almaniyanın DAAD təqaüdünün qalibi olub

UNEC-in 9 tələbə və məzunu Almaniyanın DAAD təqaüdünün qalibi olub

Bakı, 19 may, AZƏRTAC

Almaniyanın “DAAD təqaüdləri 2023” proqramının qalibi olan azərbaycanlı tələbələrin və məzunların mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Ralf Horlemannın iqamətgahında keçirilən tədbirdə UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova və tələbələr də iştirak ediblər.

Tədbir zamanı səfir Ralf Horlemann bildirib ki, 26 azərbaycanlı tələbə və məzun DAAD təqaüdü ilə Almaniyanın müxtəlif universitetlərində magistr proqramı üzrə təhsil hüququ qazanıb. Qeyd edib ki, proqramın qalibləri daha çox UNEC-in tələbə və məzunlardır. Belə ki, UNEC-in 2 tələbəsi və 7 məzunu DAAD təqaüdünü qazanıb. Səfir tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.