ELM VƏ TƏHSİL


UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu davam edir

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu davam edir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbul maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit, dünya iqtisadiyyatı, ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə onlayn keçirilir.

Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qanunverciliyinə uyğun olaraq vahid dövlət imtahanı əsasında qəbul edilirlər. Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat, Azərbaycan və ya rus dili, coğrafiya fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.

Qəbul barədə ətraflı məlumatı UNEC-in rəsmi saytından və filialın rəsmi saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.