ELM VƏ TƏHSİL


UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun illik fəaliyyətinin nəticələri müzakirə olunub

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə institutun 2020-ci ildəki fəaliyyətinin nəticələrinə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, seminarda UNEC-in professor-müəllim heyəti ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutu və digər təşkilatların əməkdaşları da iştirak ediblər.

Tədbirdə İAETİ-nin direktoru, professor Yadulla Həsənli institutun son ildəki tədqiqat mövzuları haqqında qısa məlumat verib.

Sonra İAETİ-nin direktor müavini, professor Rövşən Quliyev “Azərbaycanın kənd təsərrüfatının ayrı-ayrı iqtisadi fəaliyyət sahələrinə təsirinin qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bir neçə metod əsasında ölkədə kənd təsərrüfatı potensialının qiymətləndirilməsi məqsədilə aparılmış tədqiqatın birinci mərhələsinin nəticələri ilə iştirakçıları tanış edib. Son illər kənd təsərrüfatında məhsuldarlığın sürətlə artmasını və özünütəminetmə səviyyəsinin yüksək olduğunu nəzərə çatdıran Rövşən Quliyev deyib ki, aqrar sferanın ümumi daxili məhsulda payına görə Azərbaycan inkişaf etmiş ölkələr səviyyəsində olsa da, məşğul əhalinin payına görə geridədir. Sonda məruzəçi kənd təsərrüfatının çoxlu sayda amillərin təsirinə məruz qaldığını nəzərə alaraq, onların təsir gücünün müəyyənləşdirilməsi məqsədilə hər bir məhsul üçün ayrıca tədqiqat aparılmasının vacibliyini vurğulayıb və bu mövzunun növbəti 2 ildə də İAETİ-nin iş planında olduğunu və həmin sahədə tədqiqatların davam etdiriləcəyini deyib.

Sonra tədqiqatın nəticələri ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.