ELM VƏ TƏHSİL


UNEC-in “SABAH” magistrantları Türkiyədə təcrübə keçəcəklər

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SABAH” Magistraturasının elektron kommersiya ixtisaslaşması üzrə 10 magistrantı mayın 9-dan 14-dək Türkiyənin Ankara şəhərində təlim və təcrübədə olacaqlar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədov magistrantlarla görüşərək, onlara Türkiyədəki iş mühiti ilə daha yaxından tanış olmağı, yumşaq bacarıqlarını (soft skills) daha da inkişaf etdirməyi, praktiki təcrübə qazanmağı tövsiyə edib. Bildirib ki, Türkiyədə təşkil olunacaq təlimlər layihələrin idarəedilməsi, biznes, stekholder, risk analizi, büdcə, problem və ehtiyacların təhlili, Avropa İttifaqı qrant fondları, kommunikasiya, vaxtın idarə olunması, məntiqi idarəetmə yanaşmaları mövzularını əhatə edəcək.

Xatırladaq ki, UNEC ilə Türkiyənin Əmək və Sosial Təminat Nazirliyinin Təlim və Araşdırma Mərkəzi arasında institusional əməkdaşlıq protokolu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.