ELM VƏ TƏHSİL


UNEC-in “SABAH” məzunları dünya əmək bazarına uğurla inteqrasiya edirlər

Bakı, 16 fevral, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” məzunları xarici əmək bazarına uğurla inteqrasiya edirlər.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, UNEC-in 60-a yaxın “SABAH” məzunu ABŞ, Yaponiya, İngiltərə, Fransa, Almaniya, Polşa, Macarıstan, Latviya, BƏƏ, Malta, Estoniyanın və digər ölkələrin nüfuzlu yerli və beynəlxalq şirkətlərində fəaliyyətlərini davam etdirirlər. Məzunlar əsasən Təhsil Nazirliyinin xarici təhsil proqramları müsabiqəsinin qalibləri olan və təhsilin magistratura pilləsini həmin ölkələrdə bitirən gənclərdir. Bir neçə məzun isə distant formada xarici ölkə şirkətlərində əmək fəaliyyəti ilə məşğul olur.

2014-cü ildən fəaliyyət göstərən “UNEC SABAH” mərkəzi akademik biliklərini karyera imkanına çevirə bilən məzunlar yetişdirərək, dünya əmək bazarına savadlı, bacarıqlı və hazırlıqlı insan kapitalı ixracını uğurla aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.