ELM VƏ TƏHSİL


UNEC-in Texnologiya Transfer Mərkəzinin rəsmi saytı fəaliyyətə başlayıb

Bakı,16 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya Transfer Mərkəzinin rəsmi saytı fəaliyyətə başlayıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, innovasiyaya maraq göstərənlər üçün nəzərdə tutulan www.ttm.az saytından ideya müəllifləri, patent və texnologiya sahibləri, eləcə də investorlar yararlana bilərlər.

Layihə müəllifləri ilə investorlar arasında əlaqə yaratmaq funksiyası daşıyacaq saytda hər iki tərəf üçün alt bölmə yaradılıb. Buraya daxil olan məlumatlar “tələb-təklif” informasiya bazasını formalaşdıracaq. Saytın əsas qrafik menyusu potensial istifadəçilərə həm öz fəaliyyətləri haqqında məlumat yerləşdirməyə, həm də onu maraqlandıran sahələr haqqında sorğu göndərməyə imkan verir. Hər səhifədə layihə və texnologiyalar haqqında məlumatla yanaşı, istifadəçilərin şərh yazması üçün müvafiq forma da yerləşdirilib.

Mərkəzin saytında “İdeyalar bankı” bölməsinə qeydiyyatsız daxil olmaq mümkündür. Burada Texnologiya Transfer Mərkəzinin qiymətləndirdiyi ən qabaqcıl ideya və layihələr yer alıb.

Saytda texnologiyaların kommersiyalaşdırılması metodikası üzrə faydalı materiallar, eləcə də mərkəzin tərtib etdiyi “Texnologiyaların kommersiyalaşdırılması bələdçisi” hazırlanıb.

İstifadəçilər öz ideyalarını “İdeyalar bankı”na, fəaliyyətlərini “İxtiraçılar”, texnoloji sorğularını isə “Biznes üçün” bölmələrinə yerləşdirə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.